biz

Biz 2010-cu ildən proqram təminatının yazılması və tətbiqi xidmətləri göstərən professionallar komandasıyıq.

Biznesin avtomatlaşdırılması üçün 1C firmasının rəsmi partnyoru olaraq 1C platformasında yazılmış konfiqurasiyalar əsasında biznesin ehtiyaclarına uyğun həllər təklif edirik. Hazır həllərin istifadə olunması mümkün deyilsə, 1C 8.3 platformasında müştərilərin ehtiyaclarına cavab verən konfiqurasiyalar yazırıq. Proqram seçimində müştərilərin tələblərinə deyil ehtiyaclarına əsaslanmağa çalışırıq.
Kadrların uçotu üçün yazdığımız İnsan Qaynaqları həlli ego iq kadrlar şöbəsinin bütün sənədləşdirmə, hesablama və hesabat işlərinin Azərbaycan qanunlarına uyğun aparılması üçün əvəzolunmazdır.
Avtomobil satışı və servisi üçün hazırladığımız ego avto konfiqurasiyası avtomobil salonu, ehtiyat hissələri satışı və avtomobil servisinin bütün xırdalıqları ilə tam avtomatlaşdırılmasına xidmət edir.
Məzmun əsaslı web saytların yaradılması üçün 1C Bitrix və Drupal CMS sistemləri əsasında hazır həllərin quraşdırılması, web-dizayn və php proqramlaşdırma xidmətləri təklif edirik.
Strukturlu məlumat bazası və alqoritm əsaslı web proqramlaşdırma üçün müxtəlif web texnologiyaları və platformalarında xidmət veririk.
Proqram təminatına ehtiyacınız olduğunu fikirləşirsinizsə, bizə müraciət edin, böyük ehtimalla sizə kömək edə bilərik.


Professional egonuz yüksəkdirsə, yaradıcı və məsuliyyətlisinizsə, bizə müraciət edin, böyük ehtimalla bərabər işləyə bilərik.